Zülfiyyə Xanbabayeva: Məni fakt qarşısında qoymaq istəyirlər... Konsert öncəsi "ölürəm" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Zülfiyyə Xanbabayeva: Məni fakt qarşısında qoymaq istəyirlər... Konsert öncəsi "ölürəm"

Tətilə, adətən, bir aylıq gedirəm. Qısamüddətli istirahət üçün bu dəfə Türkiyəyə üz tutdum. Orada az qalmağımın səbəbi isə işlərimlə əlaqədardır, daha dəqiq desəm, yeni mahnıma klip çəkdirirəm.

Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva oxu.az-a açıqlamasında deyib.

O, "Jara-2019" beynəlxalq musiqi festivalında ifa etdiyi "Oxu" mahnısının ekran variantını gürcü komandasına həvalə etdiyini bildirib.

"Jara"da ifa etdiyim "Oxu" mahnıma Bakıda klip çəkdirdim. Hazırda montaj işləri gedir. İki-üç həftəyə klipi tamaşaçıların öhdəsinə buraxacağam. Ekran işininin rejissorluğunu gürcü Zaza Oraşvilliyə həvalə etdim. O, 15 il öncə "Gözümün qarası"nın da rejissoru olmuşdu".

Xalq artisti son illərdə çəkilən bir çox klipləri izləsə də, ən çox Röyanın klipindən xoşu gəldiyini söyləyib:

"Klip bazarında əsl canlanma var. Bu, həm gənc, həm də orta nəslin müğənniləri arasında müşahidə edilir. Amma ən çox bəyəndiyim Röyanın "Ummadığım anda" mahnısına çəkilmiş klipdir. Burada estetik nöqteyi-nəzərdən rənglər və məkan bir-biri ilə ansambl təşkil edir".

Gördüyü işlərin təqdimatını etməməsinə gəlincə, Z.Xanbabayeva bunu "heç kim heç nədən sığortalı deyil" ifadəsi ilə əlaqələndirib:

"Mən heç vaxt təqdimat etməmişəm. Yalnız böyük layihələrin sponsorları olanda (reklam məsələsi olduğu üçün) onlar təqdimatların keçirməsini tələb edirlər. Hətta konsertlərimdən öncə mətbuat konfransı keçirməmişəm. Səbəbi isə əvvəlcədən konsertin necə təşkil olunacağı ilə bağlı məqamların qeyd olunmasıdır. Mən həyatda da çalışıram ki, hər zaman özümü “sığortalayım". Axı bunun sonrası da var. Məsələn, deyəcəyəm ki, bu, belə olacaq, lakin sonra dediyimi edə bilməyəcəyəm və peşman olacağam. Həmişə çalışmışam ki, belə məsələləri jurnalistlərin öhdəsinə buraxım. Çünki sizin fikirləriniz həm bizim üçün, həm də tamaşaçılar üçün vacib və önəmlidir. Tamaşaçılara təqdim etdiyimizi siz jurnalistlər öz fikirlərinizlə pis və ya yaxşı istiqamətdə çatdırmalısınız".

Yaxınlarının ondan müntəzəm olaraq konsert verməsini tələb etdiyini deyən Xalq artisti hələ buna hazır olmadığını vurğulayıb:

"Yaxınlarım, dost-tanışlarım hətta "konsertin günlərini müəyyən edib sənin xəbərin olmadan afişalara çıxardacağıq" söyləyirlər. Bir sözlə, onlar məni bu cür fakt qarşısında qoymaq istəyirlər. Amma hələ hazır deyiləm. Açığı, bu, maliyyə məsələləri ilə də bağlı deyil.

Tamaşaçılar elə zənn etməsin ki, Zülfiyyə yorulub. Əsla! Bəzən bir qədər kənara çəkilsəm də, bir-birinin ardınca yeni layihələr təqdim etməyə çalışıram. Konsert mənim üçün çox məsuliyyətli işdir. Müğənnilər var ki, konsert öncəsi zərrə qədər həyəcan keçirmirlər. Mən isə "ölürəm". Konsert tamaşaçı önündə bir hesabatdır".

Xalq artisti repertuarında duetlərə çox yer ayırmasa da, populyar olmayan bir gənclə duet oxuduğunu və yaxın vaxtlarda həmin layihəni də təqdim edəcəyini bildirib:

"Çox az duetim var, çünki bu barədə çox xəsisəm. Siz hələ mənə "çox sağ ol" deyin ki, mən duet oxumuşam. Bu yaxınlarda gənc, lakin məşhur olmayan bir oğlan ifaçı ilə duet oxumuşam. Bəstə həmin gəncə məxsusdur".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 798 06.09.19 14:12