Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:40 Milyonçu futbolçular açıqlandı | 21:35 Rusiya bu ölkəyə nota verdi | 21:35 Şirvan sakini boyun nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirlib | 21:15 "Sabah" "Sumqayıt"ı darmadağın edərək liderliyə yüksəldi | 21:01 Dənizin altında 9500 illik itmiş şəhər tapıldı - Tarixi dəyişə bilər | 20:42 15 yaşlı qızın qaçırılması ilə bağlı yeni təfərrüat məlum olub | 20:28 Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” | 20:24 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir | 20:10 Fərda İmanov vəzifəsindən azad olundu | 19:59 Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu | 19:36 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb | 19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq | 18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü | 18:32 3 məktəblini maşın vurub | 18:20 Gömrük nəzarətindən gizli gətirilən brend mallar aşkarlanıb |
Mojo.az Avto
Mojo.az Avto

Zülfiyyə Xanbabayeva: Məni fakt qarşısında qoymaq istəyirlər... Konsert öncəsi "ölürəm"

06.09.2019 14:12 8 507
Zülfiyyə Xanbabayeva: Məni fakt qarşısında qoymaq istəyirlər... Konsert öncəsi
Tətilə, adətən, bir aylıq gedirəm. Qısamüddətli istirahət üçün bu dəfə Türkiyəyə üz tutdum. Orada az qalmağımın səbəbi isə işlərimlə əlaqədardır, daha dəqiq desəm, yeni mahnıma klip çəkdirirəm.

Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva oxu.az-a açıqlamasında deyib.

O, "Jara-2019" beynəlxalq musiqi festivalında ifa etdiyi "Oxu" mahnısının ekran variantını gürcü komandasına həvalə etdiyini bildirib.

"Jara"da ifa etdiyim "Oxu" mahnıma Bakıda klip çəkdirdim. Hazırda montaj işləri gedir. İki-üç həftəyə klipi tamaşaçıların öhdəsinə buraxacağam. Ekran işininin rejissorluğunu gürcü Zaza Oraşvilliyə həvalə etdim. O, 15 il öncə "Gözümün qarası"nın da rejissoru olmuşdu".

Xalq artisti son illərdə çəkilən bir çox klipləri izləsə də, ən çox Röyanın klipindən xoşu gəldiyini söyləyib:

"Klip bazarında əsl canlanma var. Bu, həm gənc, həm də orta nəslin müğənniləri arasında müşahidə edilir. Amma ən çox bəyəndiyim Röyanın "Ummadığım anda" mahnısına çəkilmiş klipdir. Burada estetik nöqteyi-nəzərdən rənglər və məkan bir-biri ilə ansambl təşkil edir".

Gördüyü işlərin təqdimatını etməməsinə gəlincə, Z.Xanbabayeva bunu "heç kim heç nədən sığortalı deyil" ifadəsi ilə əlaqələndirib:

"Mən heç vaxt təqdimat etməmişəm. Yalnız böyük layihələrin sponsorları olanda (reklam məsələsi olduğu üçün) onlar təqdimatların keçirməsini tələb edirlər. Hətta konsertlərimdən öncə mətbuat konfransı keçirməmişəm. Səbəbi isə əvvəlcədən konsertin necə təşkil olunacağı ilə bağlı məqamların qeyd olunmasıdır. Mən həyatda da çalışıram ki, hər zaman özümü “sığortalayım". Axı bunun sonrası da var. Məsələn, deyəcəyəm ki, bu, belə olacaq, lakin sonra dediyimi edə bilməyəcəyəm və peşman olacağam. Həmişə çalışmışam ki, belə məsələləri jurnalistlərin öhdəsinə buraxım. Çünki sizin fikirləriniz həm bizim üçün, həm də tamaşaçılar üçün vacib və önəmlidir. Tamaşaçılara təqdim etdiyimizi siz jurnalistlər öz fikirlərinizlə pis və ya yaxşı istiqamətdə çatdırmalısınız".

Yaxınlarının ondan müntəzəm olaraq konsert verməsini tələb etdiyini deyən Xalq artisti hələ buna hazır olmadığını vurğulayıb:

"Yaxınlarım, dost-tanışlarım hətta "konsertin günlərini müəyyən edib sənin xəbərin olmadan afişalara çıxardacağıq" söyləyirlər. Bir sözlə, onlar məni bu cür fakt qarşısında qoymaq istəyirlər. Amma hələ hazır deyiləm. Açığı, bu, maliyyə məsələləri ilə də bağlı deyil.

Tamaşaçılar elə zənn etməsin ki, Zülfiyyə yorulub. Əsla! Bəzən bir qədər kənara çəkilsəm də, bir-birinin ardınca yeni layihələr təqdim etməyə çalışıram. Konsert mənim üçün çox məsuliyyətli işdir. Müğənnilər var ki, konsert öncəsi zərrə qədər həyəcan keçirmirlər. Mən isə "ölürəm". Konsert tamaşaçı önündə bir hesabatdır".

Xalq artisti repertuarında duetlərə çox yer ayırmasa da, populyar olmayan bir gənclə duet oxuduğunu və yaxın vaxtlarda həmin layihəni də təqdim edəcəyini bildirib:

"Çox az duetim var, çünki bu barədə çox xəsisəm. Siz hələ mənə "çox sağ ol" deyin ki, mən duet oxumuşam. Bu yaxınlarda gənc, lakin məşhur olmayan bir oğlan ifaçı ilə duet oxumuşam. Bəstə həmin gəncə məxsusdur".

Son xəbərlər