Evinə gələn qadını doğrayıb çamadana yığdı - Tükürpədən qətl (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Evinə gələn qadını doğrayıb çamadana yığdı - Tükürpədən qətl (VİDEO)

Leninqrad vilayəti, Murin şəhər sakini, 49 yaşlı qadının meyiti Peterburq parkında əməliyyatçılar tərəfindən aşkar edilib.

Qadın sosial şəbəkədə yazışdığı şəxslə görüşə çıxdıqdan sonra bu hadisə baş verib.

Rusiya mətbuatının xəbərinə əsasən, qadının itkin düşməsi barədə polisə məlumatı onun oğlu verib.

O bildirib ki, mənzildən zinət əşyaları da yoxa çıxıb. "BMW" markalı avtomobil də tapılmır.

İtkin düşən qadın gözəllik salonunda işləyirmiş. İş yoldaşları bildiriblər ki, o, sosial şəbəkədə bir kişi ilə tanış olub, axşam isə tanış olduğu şəxsin evinə, görüşə yollanıb.

Polislər artıq Dağıstan vətəndaşı olan iki şübhəli şəxsi saxlayıblar. Onlardan birinin 36, digərinin 21 yaşı var. Əsas şübhəli şəxs bildirib ki, yeni tanış olduğu qadını öldürmək niyyəti olmayıb, hər şey təsadüfən baş verib. Qətldən sonra o, tanışını çağırıb və onlar qadının evindən qiymətli əşyaları götürüblər. Sonra isə qadının avtomobilinə əyləşərək meyiti meşə ərazisinə aparıblar.

Məlum olub ki, qətlə yetirilən qadının adı Bella Voroninadır. Qadının doğranmış meyiti olan çemodan Novoorlovsk meşə ərazisində tapılıb. Meyitin başında çuval olub. Ağzını isə dəsmalla bağlayıblar.

Dindirmə zamanı saxlanılan şəxs bildirib ki, görüş zamanı qadınla arasında münaqişə yaranıb və o, bıçaqla hücum edib. Baş verən hadisədən sonra dostuna zəng edib və meyiti çamadana qoyublar.

Məlumata əsasən, dağıstanlı iki şəxs bir sıra cinayətlərdə ittiham edilirlər. Hər dəfə onlar plan üzrə hərəkət ediblər. Onlar sosial şəbəkələrdə qadınlarla tanış olub, görüşüb, zorlayıb, qarət edib və döyüblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 574 06.09.19 14:05