İndoneziya cəngəlliklərdə yeni paytaxt tikəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |    

İndoneziya cəngəlliklərdə yeni paytaxt tikəcək

İndoneziya prezidenti Kalimantan (Borneo adası) cəngəlliklərində yeni paytaxt tikmək niyyətindədir.

"Lonely Planet" xəbər verir ki, İndoneziya hakimiyyəti Cakartanın ekoloji və iqtisadi problemlərinə görə, paytaxtı başqa yerə köçürmək barədə qərar qəbul edib.

Hazırda şəhərin bir hissəsi hər il on santimetr çökür və burada daşqın riski var.

Yeni paytaxtın ərazisində təbii fəlakətlər ehtimalı olduqca aşağıdı. Lakin ərazidə meşə yanğınlarının təhlükəsi böyükdür.

Bəzi ekoloji təşkilatlar hesab edir ki, yeni paytaxt təbiətə ziyan vura bilər. Hazırda İndoneziyanın Ətraf Mühitin Qorunması Departamenti layihənin ekoloji qiymətləndirilməsi üzərində işləyir və onun noyabrda başa çatacağı ehtimal edilir.

Əgər layihə bəyənilsə, tikinti 2021-ci ildə başlanacaq. Adı hələ bəlli olmayan yeni paytaxt 32,7 milyard dollara başa gələcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 058 06.09.19 11:54