Bred Pitd Ancelina Coli ilə ayrılığının ardından yaşadıqlarını ilk dəfə və son dərəcə səmimi dillə mediaya açıqlayıb.
Median.Az xəbər verir ki, ‘’New York Times’’ qəzetinə müsahibə verən 55 yaşlı aktyor, Coli ilə ayrıldıqdan sonra alkoqol və narkotik aludəçiliyindən qurtulmaq üçün adsız alkoqoliklər dərnəyinə qatıldığını etiraf edib.
Pitt bu müddət ərzində nə az nə çox düz bir il yarım müalicə aldığını söyləyib. Aktyor bir müddət içki masasının onun üçün ən güvənli yer olduğunu da qeyd edib.
Məşhur aktyor, içkinin insan xarakterinin pis tərəflərini ortaya çıxardığını və buna görə də sərxoş başda ağıl olmadığını da söyləyib.
Pit aludəçiliyindən qurtulmaq üçün atdığı bu addımın onu azad etdiyi bildirib.
Bred Pit keçmiş arvadı Anjelia Coliy tərəfindən boşanma müddətində də dilə gətirilən, hətta ayrılığın əsaslı səbəblərindən biri olaraq göstərilən içki və narkotik aludəçiliyinə şöhrətin ilk illərində başladığını da gizlətməyib.
Qeyd edək ki, Bred Pit və Ancelina Coli birlikdə rol aldıqları “Mr. Smith and Mrs. Smith” filminin çəkilişində bir- birlərinə aşiq olublar.