Budapeştin hava limanında Azərbaycana aid fotosərgi açılıb - VİDEO/FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:15 Sumqayıtda müəllim vəfat etdi - FOTO  |     12:11 DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir  |     12:03 London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir  |     11:54 Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş ratifikasiya olub  |     11:51 Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ  |     11:50 Qırğızıstan prezidenti Ağdama gedəcək  |     11:48 Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib  |     11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |    

Budapeştin hava limanında Azərbaycana aid fotosərgi açılıb - VİDEO/FOTO

Budapeştin Liszt Ferenc adına Hava Limanının A və B terminallarını birləşdirən foyesində azərbaycanlı fotorəssam Aydın Sadıxovun fərdi fotosərgisinin rəsmi açılış mərasimi keçirilib.

Median.Az
xəbər verir ki, ölkəmizin Bakı, Qarabağ, Şəki və digər bölgələrinin tarixi abidələri və turistik mənzərələrinin nümayiş olunduğu sərgidə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və səfirliyin əməkdaşları, hava limanının baş meneceri Rolf Şnitzler, Türkiyənin bu ölkədəki səfiri Əhməd Akif Oktay, habelə Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Azərbaycanın bu ölkədəki diaspor təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Vilayət Quliyev iki ölkə arasında səmərəli əməkdaşlığın təşəkkül tapdığını bildirərək, bu kimi tədbirlərin humanitar əlaqələrin inkişafına töhfə verəcəyini, xüsusi ilə hazırkı fotosərgi vasitəsi ilə ildə 15 milyon nəfərə xidmət edən hava limanının sərnişinlərinin ölkəmizlə tanış olması imkanı qazanacağı, turistlərin Azərbaycanın görməli yerləri haqqında məlumat əldə edə biləcəyini qeyd edib.

V.Quliyev Macarıstanın “WizzAir” şirkətinin Bakı şəhərinə və geriyə birbaşa hava reyslərini həyata keçirməsinə diqqət çəkərək, onun ölkələrimizin qarşılıqlı şəkildə tanıdılmasında mühüm rolunun olduğunu qeyd edib.

Budapeşt hava limanının baş meneceri Rolf Şnitzler çıxışında belə sərgilərin mütəmadi olaraq hava limanında təşkil edildiyini bildirərək, Azərbaycan haqqında yerli və xarici turistlərin məlumatlandırılması baxımından sərginin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.

Sonra fotorəssam Aydın Sadıxov fərdi sərgisinin təşkilinə görə səfirliyə və hava limanının rəhbərliyinə təşəkkürünü bildirib. O, Yunanıstan, Rusiya və Türkiyədə maraqlı sərgilərin təşkil edildiyini bildirərək, təqdim etdiyi hazırkı işlərin də ziyarətçilərin diqqətini cəlb edəcəyinə ümidvar olduğunu bildirib. Fəaliyyəti zamanı Azərbaycanın qədim tarixi abidələri və füsunkar təbiətini qabarıq şəkildə təqdim etməyə çalışdığını deyən fotorəssam sərgisi vasitəsi ilə bu missiyanı həyata keçirə biləcəyinə inandığını qeyd edib.

Rəsmi hissədən sonra qonaqlar fotoqraf A.Sadıxovun bələdçiliyi ilə sərgi ilə tanış olublar. Bu sərgiyə daxil edilməsi məqsədi ilə səfirlik Azərbaycan Milli Arxivindən Dağlıq Qarabağın qədim tarixi abidələri və gözəl təbiəti haqqında fotolar əldə edib və sərgidə həmin fotolar da nümayiş olunur.

Mərkəzi Avropanın aparıcı dövlətlərindən olan Macarıstanın hava limanında avqustun sonlarından başlayan və sentyabrın sonunadək davam edəcək fotosərgi ölkəmizə turist axınının artmasına müəyyən mənada töhfə vermiş olacaq.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 112 05.09.19 20:37