Maykl Cekson və Beyonsun hitlərinin müəllifi faciəvi şəkildə öldü » Median.Az News Agency


Maykl Cekson və Beyonsun hitlərinin müəllifi faciəvi şəkildə öldü
Musiqiçi və bir çox hitlərin müəllifi LaŞon Deniels avtomobil qəzasında həyatını itirib.

Bu barədə onun xanımı Eypril "Instagram"da yazıb.

Qəza Cənubi Karolina ştatında baş verib. Hadisənin təfərrüatı açıqlanmır.

LaŞon Denielsin 41 yaşı olub. O, Maykl Cekson ("You Rock My World"), Uitni Hyuston ("It's Not Right But It's Okay"), Beyons və Ledi Qaqa ("Telephone") kimi müğənnilərin mahnılarının müəllifidir.

Deniels "Destiny's Child" qrupu ilə əməkdaşlıq edib. 2001-ci ildə bu qrupun "Say My Name" hitinə görə müəllif "Qremmi" musiqi mükafatına layiq görülüb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          474 05.09.19 16:00