"Oskar"lı aktrisa sükutu pozdu: Oynadığım filmlərin çoxu bu gün çəkilməzdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

"Oskar"lı aktrisa sükutu pozdu: Oynadığım filmlərin çoxu bu gün çəkilməzdi

Hollivudun ən parlaq aktrisalarından biri olan Rene Zilveger uzun müddətdir davam edən karyerasındakı sükutu verdiyi açıqlamalarla pozub.

50 yaşlı cazibədar aktrisa "Nyu York Magazine"nin son sayının üz qabığına çəkilib və son vaxtlar özü haqqında maraqlı olan bütün suallara cavab verib.

2014-cü ildə Hollivudda "Elle Qadınlar Mərasimi"ndən sonra onun görünüşü haqqında saytlar və televiziyalarda çoxlu müzakirələr getmişdi. Onların əksəriyyəti Renenin keçirdiyi uğursuz plastik əməliyyatlardan yazırdılar. O isə həmin ərəfədə susmağı seçmişdi.

Amma buna rəğmən, ulduzun uğursuz əməliyyat mövzusu uzun zaman gündəmdən düşmədi. Bütün bunlara son qoymaq istəyən Rene beş il əvvəlki fikirlərə də münasibət bildirib.

"İnsanlar daxili bilmədən kənardan qiymətləndirməyi çox sevirlər. Bütün bunlar məni narahat edirdi. Gözəlliyə fərqli baxıram. Mən öz qəribəliklərimi, cılızlığımı və absurdluğumu sevirəm. Bütün bunlar işimlə məşğul olmağa imkan verir. Başqa birisi olmaq istəmirəm. Mavi cins şalvarda, kovboy çəkməsində və saçına qulluq etməyən rol üçün təsdiqləndim. Mən də elə işləməyə başladım. Paltar dəyişdirməyə ehtiyac duymadım. Bəs niyə birdən mənə bir növ yad olan çərçivəyə sığmaq gərək oldu?", - deyə aktrisa bildirib.

Aradan keçən təxminən altı illik fasiləni (2010-cu ildən 2016-cı ilə qədər) Rene bu cür qiymətləndirib: "Halsız idim. Özümə əhəmiyyət vermirdim və prioritetlərim son sırada yer alırdı. Psixoterapevtim həyatımın 99 faizinin ictimai insan olduğunu, yalnız kiçik bir hissəsinin özümə aid olduğunu söyləyirdi. Bir neçə xoşagəlməz halı özümə rəva gördüm. Bu düşüncələri isə daha dərində gizlətmək üçün müəyyən müddətlik ara vermək mütləq idi".

Canlandırdığı rollar haqqında isə Rene Zilverger bunları deyib: "Düşünürəm ki, oynadığım filmlərin çoxu bu gün çəkilməzdi. Fərqli bir iş modeli ortaya çıxdı. Keçmişdə şanslı idim, amma yeni hədiyyəyə qarşı deyiləm. Bir aktyoru minstrellə (dünyanı gəzib-dolaşan musiqiçi - red.) müqayisə etmək olar. Şam yeməyi zamanı əylənirik və indi bunu həmişəkindən daha çox edirik. Mən bunlara qarşı deyiləm. Sevinirəm ki, hələ bunu etmək imkanım var".

Qeyd edək ki, məşhur aktrisa "Oskar", "Qızıl Qlobus" kimi bir çox nüfuzlu mükafatlara sahibdir. Rene Zilveger 2012-ci ildən bəri musiqiçi Doylo Bramholl ilə münasibətdədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 931 05.09.19 12:23