"Oskar"lı aktrisa sükutu pozdu: Oynadığım filmlərin çoxu bu gün çəkilməzdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |    

"Oskar"lı aktrisa sükutu pozdu: Oynadığım filmlərin çoxu bu gün çəkilməzdi

Hollivudun ən parlaq aktrisalarından biri olan Rene Zilveger uzun müddətdir davam edən karyerasındakı sükutu verdiyi açıqlamalarla pozub.

50 yaşlı cazibədar aktrisa "Nyu York Magazine"nin son sayının üz qabığına çəkilib və son vaxtlar özü haqqında maraqlı olan bütün suallara cavab verib.

2014-cü ildə Hollivudda "Elle Qadınlar Mərasimi"ndən sonra onun görünüşü haqqında saytlar və televiziyalarda çoxlu müzakirələr getmişdi. Onların əksəriyyəti Renenin keçirdiyi uğursuz plastik əməliyyatlardan yazırdılar. O isə həmin ərəfədə susmağı seçmişdi.

Amma buna rəğmən, ulduzun uğursuz əməliyyat mövzusu uzun zaman gündəmdən düşmədi. Bütün bunlara son qoymaq istəyən Rene beş il əvvəlki fikirlərə də münasibət bildirib.

"İnsanlar daxili bilmədən kənardan qiymətləndirməyi çox sevirlər. Bütün bunlar məni narahat edirdi. Gözəlliyə fərqli baxıram. Mən öz qəribəliklərimi, cılızlığımı və absurdluğumu sevirəm. Bütün bunlar işimlə məşğul olmağa imkan verir. Başqa birisi olmaq istəmirəm. Mavi cins şalvarda, kovboy çəkməsində və saçına qulluq etməyən rol üçün təsdiqləndim. Mən də elə işləməyə başladım. Paltar dəyişdirməyə ehtiyac duymadım. Bəs niyə birdən mənə bir növ yad olan çərçivəyə sığmaq gərək oldu?", - deyə aktrisa bildirib.

Aradan keçən təxminən altı illik fasiləni (2010-cu ildən 2016-cı ilə qədər) Rene bu cür qiymətləndirib: "Halsız idim. Özümə əhəmiyyət vermirdim və prioritetlərim son sırada yer alırdı. Psixoterapevtim həyatımın 99 faizinin ictimai insan olduğunu, yalnız kiçik bir hissəsinin özümə aid olduğunu söyləyirdi. Bir neçə xoşagəlməz halı özümə rəva gördüm. Bu düşüncələri isə daha dərində gizlətmək üçün müəyyən müddətlik ara vermək mütləq idi".

Canlandırdığı rollar haqqında isə Rene Zilverger bunları deyib: "Düşünürəm ki, oynadığım filmlərin çoxu bu gün çəkilməzdi. Fərqli bir iş modeli ortaya çıxdı. Keçmişdə şanslı idim, amma yeni hədiyyəyə qarşı deyiləm. Bir aktyoru minstrellə (dünyanı gəzib-dolaşan musiqiçi - red.) müqayisə etmək olar. Şam yeməyi zamanı əylənirik və indi bunu həmişəkindən daha çox edirik. Mən bunlara qarşı deyiləm. Sevinirəm ki, hələ bunu etmək imkanım var".

Qeyd edək ki, məşhur aktrisa "Oskar", "Qızıl Qlobus" kimi bir çox nüfuzlu mükafatlara sahibdir. Rene Zilveger 2012-ci ildən bəri musiqiçi Doylo Bramholl ilə münasibətdədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 937 05.09.19 12:23