Goranboyda 16 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun xoylu kəndində qeydə alınıb. Hərəkətdə olan "Priora" markalı avtomobil kənd sakini - 2003-cü il təvəllüdlü Süleymanov Əli Şahin oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.