Nike adlı köpək "Qırmızı körpü"də qaçaqmalçılığın qarşısını aldı » Median.Az News Agency


Nike adlı köpək "Qırmızı körpü"də qaçaqmalçılığın qarşısını aldı
Külli miqdarda pirotexniki maddələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes Benz Vaneo" markalı avtomobil ilə gələn bu ölkə vətəndaşı saxlanılıb.

Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, Nike ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə keçirilən gömrük baxışı zamanı arxa oturacağın altında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 170 ədəd "Roman Candle", 670 ədəd "Magic Shots 50S" yazısı olan fişənglər və 100 ədəd "Display Shell Rocket" yazısı olan pirotexniki vasitələr aşkarlanıb.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          707 04.09.19 20:46