Məzun ola bilmədiyi universitetdən 57 il sonra fəxri fərman aldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Məzun ola bilmədiyi universitetdən 57 il sonra fəxri fərman aldı - VİDEO

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış pedaqoq Məhəmmədiyyə Məhəmmədovla görüş keçirilib.

Median.Az “report”a istinadən xəbər verir ki, görüşdə ADPU-nun rektoru Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor Eldar Aslanov, M.Məhəmmədovun ailə üzvləri iştirak ediblər.

Rektor C.Cəfərov görüşün səbəbkarın nəvəsi Sevda Kamranın universitetin rəhbərliyinə ünvanladığı məktubun nəticəsi olaraq keçirildiyini diqqətə çatdırıb.

Məktubdan sitatlar gətirən rektor qeyd edib ki, hazırda 85 yaşında olan Məhəmmədiyyə Məhəmmədov ömrünün 57 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edib:

“Həyatda müəllimlik peşəsini şərəfli və müqəddəs peşə bilən M.Məhəmmədov böyük həvəslə pedaqoji fəaliyyətlə məşğul olub, riyaziyyat fənnini sevə-sevə şagirdlərə tədris edib, yüzlərlə bilikli, bacarıqlı mütəxəssislərin yetişməsi üçün əzmlə, fədakarlıqla çalışıb”.

Görüşdə Məhəmmədiyyə Məhəmmədov pedaqoji fəaliyyətinin 57 ili münasibətilə universitetin Fəxri Fərmanı ilə təltif edilib.


Məhəmmədiyyə Məhəmmədov bildirib ki, 57 ildir müəllim işləsə də, orta təhsillidir: “Fikrim ali təhsil almaq idi.

1963-cü ildə “Riyaziyyat” fakültəsinin qiyabi şöbəsinə daxil olsam da, müəyyən səbəblərdən təhsilimi yarımçıq qoymaq məcburiyyətində qaldım, arzusunda oldum universitetdən məzun ola bilmədim. Deməli qismət olmadı.

Özüm ali təhsil ala bilməsəm də, qarşıma məqsəd qoydum ki, övladlarımın hamısını da ali təhsilli edə bilim. Bu arzuma da çatdım.

Qızım və oğlum bu universitetdə riyaziyyat ixtisası üzrə təhsil aldılar, hətta oğlum fərqlənmə diplomu ilə məzun olub.

Təhsilini yarımçıq saxladığım universitetin fəxri fərmanı almaq belə mənim üçün böyük hadisədir”.

Babası üçün sürpriz edib universitetin rəhbərliyinə məktub yazan Sevda Kamran “Report”a açıqlamasında qeyd edir ki, məqsədi babasının 85 yaşına unudulmaz hədiyyə etmək olub:

“Hər şey anidən alındı. Babamla çox vaxt keçirirəm. Təhsillə bağlı söhbətlərimiz düşəndə hər zaman təəssüf edir ki, universiteti bitirə bilmədim. Düşündüm ki, babama unuda bilməyəcəyi hədiyyə etməliyəm. Hər şey bir məktubla başladı.

Məktubu universitetin rəhbərliyinin adına göndərdim. 3 gün keçmədi ki, cavab gəldi. Prorektor məni universitetə dəvət etdi.

Bu, babama olan sevgini göstərməyin ən yaxşı yolu idi. Üç aydır bunu sirr saxlayıb babama heç nə demədim. Yalnız universitetdən görüş vaxtı təyin olunandan sonra babama məlumat verdim.

O, inanmırdı və biz bir neçə saatla babamla əlaqə saxlaya bilmədik. Yəqin ki, düşüncələrə dalıbmış.

Özünə gəldikdən sonra deyirdi ki, görəsən görüşdə necə danışacağam. Müəllim olsam da, hazırda başqa sahə üzrə çalışıram.

Müəllimlik peşəsi də mənim ürəyimdə qalıb. Yəqin ki, bir gün mütləq bu işə qayıdacağam”.

Davamçıları Məhəmmədiyyə Məhəmmədovun müəllim olmaq kimi müqəddəs bir arzusunu həyata keçiriblər və o, bundan çox məmnundur.

Görüş səbəbkarın ailə üzvlərinin xatirələrini bölüşməsi ilə davam edib. скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            686 04.09.19 20:24