FHN əməkdaşları insanları son anda ölümdən belə xilas edirlər - VİDEO » Median.Az News Agency


FHN əməkdaşları insanları son anda ölümdən belə xilas edirlər - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları baş verə biləcək hadisələrə vaxtında müdaxilə edə bilmək üçün mütəmadi olaraq təlimlər keçirir.

Çətin vəziyyətlərdə insanları xilas etməyi özlərinə borc bilən yanğınsöndürənlər bunun üçün gecə-gündüz çalışır.

Odun, alovun içərisinə girən FHN əməkdaşları operativ şəkildə xilasetmə əməliyyatları həyata keçirir.

Sosial şəbəkələrdə paylaşılan təlim görüntüləri yanğınsöndürənlərin necə çətin peşə sahibi olduqlarını bir daha göstərir.

Binadan yaralını sürətlə aşağı endirir, onu təcili yardım briqadasına təhvil verirlər.

Yanğın hadisələri zamanı hər saniyə insan həyatı üçün çox vacibdir. Məhz ona görə də operativlik bu işdə xüsusi əhəmiyyət kəsb edir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          804 04.09.19 19:59