Masazırda avtoyuma məntəqəsində faciə: 23 yaşlı işçini cərəyan vurdu » Median.Az News Agency


Masazırda avtoyuma məntəqəsində faciə: 23 yaşlı işçini cərəyan vurdu
Abşeron rayonunda avtomobil yuyan şəxsi elektrik cərəyanı vurub.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində, "Əlincə" Futbol klubunun qarşısındakı avtoyuma məntəqəsində baş verib.

Avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Aqapov Vadim Viktoroviç "Zil" markalı yük avtomobilini yuyarkən açıq elektrik xəttinə toxunub.

Nəticədə o, yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          485 04.09.19 16:57