AFFA-dan "Neftçi"nin məşqçisinə sərt cəza: 20 oyundan uzaqlaşdırıldı, 16 min manat cərimə ödəyəcək » Median.Az News Agency


AFFA-dan "Neftçi"nin məşqçisinə sərt cəza: 20 oyundan uzaqlaşdırıldı, 16 min manat cərimə ödəyəcək
AFFA-nın İntizam Komitəsi XXVIII Premyer Liqanın III turunda "Neftçi" - "Sumqayıt" oyununda baş verən insidentlərlə bağlı qərar qəbul edib.

Matçın "Neftçi" klubunun məşqçisi Etibar Tarıverdiyev rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə 20 oyun cəzalandırılıb, klub 16000 manat cərimə edilib.

Oyunun 82-ci dəqiqəsində "Sumqayıt" klubunun 17 nömrəli futbolçusu Murad Xaçayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 200 manat cərimə olunub.

Bundan başqa, qarşılaşmanın 90+4-cü dəqiqəsində "Neftçi" klubunun 5 nömrəli futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 200 manat cərimə edilib.

Həmçinin qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə "Sumqayıt" klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb, klub 2400 manat cərimə olunub.

"Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında aqressiv fikirlər səsləndirdiyinə görə, İntizam Komitəsinin 28 avqust 2019-cu il tarixli iclasında A.Abbasov haqqında çıxarılmış ciddi xəbardarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalandırılıb, klub 800 manat cərimə edilib.

Oyun başa çatdıqdan sonra "Neftçi" klubuna aid olan, amma A buraxılış vəsiqəsi olmayan şəxslər meydana daxil olduğu üçün klub 800 manat cərimə olunub.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          696 03.09.19 16:46