Siqaret çəkən adamlara kök suyu içmək olmaz » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |     13:57 Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO  |     13:56 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib  |     13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |    

Siqaret çəkən adamlara kök suyu içmək olmaz

“Bilin və agah olun ki, siqaret çəkən adamlara kök suyu içmək olmaz. Tərkibindəki beta-karoten siqaret çəkən insanlarda ağciyər xərçəngi əmələ gəlmə ehtimalını daha da artırır”.

Median.Az
xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O bildirib ki, həmçinin göz zəifliyinə görə yazılan multivitamin komplekslərinin tərkibində böyük miqdarda B karoten olduğu unudulmamalıdır. Şahin Məmmədov vurğulayıb ki, hətta əvvəllər siqaret çəkmiş sonra tərgitmiş insanlarda da B karotenin ağciyər xərçəngi riskini xeyli yüksəltdiyi məlum olmuşdu. Daha sonra mütəxəssis sözlərinə belə davam edib:

“Tədqiqatlar göstərib ki, gün ərzində cəmi 1 ədəd siqaret, ya onun yarısını çəkmək ağciyər xərçəng riskini 64 faiz artırır. Gün ərzində 10 ədəd siqaret çəkmək 85 faiz ağciyər xərçəng riskini artırır. Daimi requlyar siqaret çəkmək isə bu riski 12 dəfə artırır.

Ağır siqaretlərlə yüngül siqaretlərin fərqi yoxdur. Yəni, hər ikisi eyni riski daşıyır. Amma yaxşı xəbər də var. 35 yaşına qədər siqareti tərgitmək 1 ildən sonra çəkməyənlərlə eyni riskə enmiş olur. Hər halda gec də olsa, siqareti tərgitmək məsləhətdir. Çünki risk ən azı 2 dəfə enmiş olacaq.


Bir qrup insan var ki, onlar ətraf mühitin zərərli təsirlərinə daha dözümlüdür. Tədqiqat nəticəsində o da məlum olub ki, xüsusi xoşbəxt gen modifikasiyası səbəbindən nadirən də olsa, siqaret çəkən adamın uzun ömürlülük yaşına çatması mümkündür. Əlbəttə ki, bu gen modifikasiyasının bizdə olma ehtimalı çox aşağıdır”.//publika.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 212 02.09.19 21:12