Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi müəyyənləşib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi müəyyənləşib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Median.Az
xəbər verir ki, fərmanla komissiyanın tərkibi yeni redaksiyada verilib.

Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir. Komissiyanın üzvləri isə Azərbaycan Respublikasının müdafiə naziri, Azərbaycan Respublikasının ədliyyə naziri, Azərbaycan Respublikasının xarici işlər naziri, Azərbaycan Respublikasının iqtisadiyyat nazir, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikasının daxili işlər naziri, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 168 02.09.19 19:34