Bitkoini yaradan şəxs ortağına qarşı "dələduzluq" edib - Dörd milyard dollarlıq mənimsəmə » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bitkoini yaradan şəxs ortağına qarşı "dələduzluq" edib - Dörd milyard dollarlıq mənimsəmə

Bitkoinin yaradıcısı, iş adamı Kreyq Rayt ortağı Deyv Kleymanla birgə yaratdığı bitkoinləri mənimsəməkdə təqsirli bilinib.

"Bloomberg" yazır ki, məhkəmə ABŞ-ın Florida ştatında keçirilib.

Qətnaməyə əsasən, o, hazırda həyatda olmayan Kleymanın qohumlarına 410 min bitkoin (indiki məzənnə ilə dörd milyard dollar) qaytarmalıdır.

Bununla yanaşı, Rayt 2009-2013-cü illərdəki "mayninq" (yeni emissiyadan yüksək imkanların əldə olunması üçün mümkün qədər yüksək rəqəmsal işin görülməsi prosesi) nəticəsində aldığı bitkoinlərə hazırda çıxışının olmadığını bildirib.

Kreyq Stiven Rayt 1970-ci ilin oktyabrında anadan olan avstraliyalı alim və iş adamıdır. O, bir müddət əvvəl Bitkoinin yaradıcı komandasının əsas üzvü olduğunu və Satoşi Nikamoto ləqəbi altında "gizləndiyini" açıq şəkildə elan edib.

ABŞ Müəllif Hüquqları İdarəsi Bitkoinin əsas kodunun ona məxsus olduğunu təsdiqləyib. Bu şəkildə Kreyq Rayt Bitkoinin müəllif hüququnu əldə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 937 02.09.19 14:13