Monika Belluççi keçmiş əri ilə bir arada - FOTO » Median.Az News Agency


Monika Belluççi keçmiş əri ilə bir arada - FOTO
Vensan Kassel və Monika Belluççi Venesiya kinofestivalında bir yerdə görünüblər.

Aktyorlar 2002-ci ildə baş rolları ifa etdikləri "Dönməzlik" (Irréversible) filminin yeni rejissor versiyasının təqdimat mərasimində iştirak ediblər.

14 il bir yerdə yaşamış cütlük 2013-cü ildə ayrılmasına baxmayaraq, dostluq münasibətlərini qoruyub saxlaya biliblər.

Venesiyada 52 yaşlı Vensan Kassel və 54 yaşlı Monika Belluççi rejissor Qaspar Noenin müşayiətində kameralar qarşısına çıxıblar. Keçmiş sevgililər bir-birinə gülümsəsələr də, soyuqqanlı davranıblar.

Yeni həyat yoldaşı Tina Kunaki və dörd aylıq qızı Amazoni ilə İtaliyaya gələn Kassel filmin təqdimatında qara geyimdə olub. Belluççi isə bu əlamətdar gündə "Dolce&Gabbana"dan al-qırmızı don seçib.







скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          737 02.09.19 12:29