Premyer Liqa: "Keşlə" "Qəbələ"ni böyük hesabla məğlub edib » Median.Az News Agency


Premyer Liqa: "Keşlə" "Qəbələ"ni böyük hesabla məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

Median.Az
-ın report-a istinadən məlumatına görə, açılış oyununda ölkə kubokunun qalibi "Qəbələ" ötən mövsümü son pillədə bitirmiş "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0.

Hesabı artıq 10-cu dəqiqədə "Keşlə"nin kapitanı Slavik Alxasov açıb. 39-cu dəqiqədə Tural Bayramlı fərqi artırıb. 45+1-ci və 90+1-ci dəqiqələrdə isə yeni transfer Lorenzo Frutos "dubl" edərək yekun nəticəni müəyyənləşdirib.

Bununla da ardıcıl ikinci səfər qələbəsinə imza atan "Keşlə" 6 xalla "Səbail" və "Qarabağ"ın liderliyinə şərik olub. Dalbadal 3-cü "quru" məğlubiyyətlə üzləşən xalsız "Qəbələ" isə sonuncu pillədə qalıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          461 31.08.19 20:57