Artıq çəkili insanları təhqir edən aparıcı efirdən uzaqlaşdırıldı - Misirdə » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Artıq çəkili insanları təhqir edən aparıcı efirdən uzaqlaşdırıldı - Misirdə

Misirdə teleaparıcı kök insanlar haqqında işlətdiyi ifadələrə görə efirdən uzaqlaşdırılıb.

Bu barədə "Gulf News" xəbər yayıb.

Belə ki, aparıcı Riham Said kök insanları həm ailələri, həm də dövlət üçün artıq yük adlandırıb.

Said gənc qızlar haqqında olan verilişinin epizodlarından birini artıq çəkili insanlara həsr edib.

Tamaşaçılara müraciət edən aparıcı onlara səslənib: "Kök olanda həm pis görünürsüz, həm də gəzə bilmirsiniz. Üstəlik, artıq çəkili qızların evlənmək şansı da olmur".

Bu ifadələrdən sonra ciddi tənqid və təzyiqlə üzləşən aparıcı haqqında məhkəmə işi başlayıb.

Onun çalışdığı "Əl Hayat TV" isə məhkəmə qərarına qədər aparıcını işdən uzaqlaşdırmağı qərara alıb.

Riham Said məsələ ilə bağlı açıqlama verərək, əslində heç kimi incitmək istəmədiyini, sadəcə piylənmənin zərərləri haqqında danışmaq məqsədi ilə bu sözləri işlətdiyini bildirib.

Əleyhinə "Facebook" sosial şəbəkəsində geniş kampaniya başladılan aparıcı açıq şəkildə üzr istəyib və bir müddət ailəsi ilə məşğul olmaq üçün işindən ayrılacağını bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 088 29.08.19 22:39