Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

AFFA-dan "Sumqayıt"ın prezidenti və baş məşqçisinə - XƏBƏRDARLIQ

28.08.2019 14:59 3 653
AFFA-dan
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda Premyer Liqanın II turunda keçirilən oyunlarla bağlı bir sıra qərarlar qəbul olunub.

Avqustun 25-də "Sabah" - "Keşlə" matçının 74-cü dəqiqəsində "Keşlə" klubunun 10 №-li futbolçusu Sezar Meza Kolli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

"Zirə" - "Neftçi" matçının 80-ci dəqiqəsində "Zirə" klubunun məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

"Sumqayıt" - "Səbail" matçı başa çatdıqdan sonra "Sumqayıt" futbol klubunun prezidenti Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abbasov oyunun hakiminin qərəzli idarə etmələri haqqında fikirlər bildiriblər.

İntizam Komitəsi R.Rəfiyev və A.Abbasova bununla bağlı ciddi xəbərdarlıq edib. Bu hal təkrar olunarsa, şəxslər İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaqlar.

Son xəbərlər