İt saxlayanların ürək-damar xəstəliyi OLMURMUŞ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

İt saxlayanların ürək-damar xəstəliyi OLMURMUŞ

Beynəlxalq alimlər heyəti, ev heyvanlarının sahiblərinin, xüsusən də it saxlayanların, ürək-damar xəstəlikləri və qan dövranı pozğunluqları ilə əlaqədar vaxtından əvvəl ölüm riskinin daha az olduğu müəyyənləşdirib.

Median.Az
Rusiya mətbuatının verdiyi məlumata istinadən xəbər verir ki, tədqiqat tibbi tarixində ürək-damar xəstəliyi olmayan 1769 nəfər iştirak edib.

Mütəxəssislər könüllü həyat tərzi məlumatlarını toplayaraq bədən kütləsi indeksi, fiziki fəaliyyət, qan təzyiqi, qan şəkəri və xolesterol kimi sağlamlıq göstəricilərini qiymətləndirilib. Heyvan sahiblərinin daha çox fiziki cəhətdən aktiv olduqlarını və sağlam pəhrizə riayət etdikləri ortaya çıxıb. Onların qan şəkəri optimal səviyyədə olub.
Ən böyük fayda, yaşından, cinsindən və təhsil səviyyəsindən asılı olmayaraq, köpəyi olanlar alıb. Alimlərin fikrincə, ev heyvanlarına sahib olmaq sağlamlığınızı yaxşılaşdırmaq üçün potensial bir yoldur. Bir itin olması insanlara daha tez-tez çöl-bayıra çıxmağa və ev heyvanları ilə aktiv oyunlar oynamağa kömək edir.

Bundan əlavə, psixoloji vəziyyətini yaxşılaşdırır və sosial xaricolmağın qarşısını alır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 404 26.08.19 20:32