Svetlana Medvedeva: Mehriban Əliyevanın fəaliyyəti xüsusi diqqətə, ehtirama və minnətdarlığa layiqdir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Svetlana Medvedeva: Mehriban Əliyevanın fəaliyyəti xüsusi diqqətə, ehtirama və minnətdarlığa layiqdir

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevin xanımı Svetlana Medvedeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Siz erudisiyalı, enerjili və hərtərəfli şəxsiyyət kimi bir çox mühüm və faydalı layihələr həyata keçirmisiniz. Dostlarınız və həmkarlarınız Sizin çox gözəl insani keyfiyyətlərinizə - insanlara diqqətli münasibətinizə, ziyalılığınıza, müdrikliyinizə və alicənablığınıza yüksək qiymət verirlər.

Sizin fəal və çoxşaxəli xeyriyyəçilik fəaliyyətiniz həm Azərbaycan Respublikasının vətəndaşları, həm də dünya ictimaiyyəti tərəfindən xüsusi diqqətə, ehtirama və minnətdarlığa layiqdir.

Sizə və doğmalarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq arzulayıram”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 172 26.08.19 19:26