Di Kaprio Amazon meşələrinin qorunmasına beş milyon dollar ayırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Di Kaprio Amazon meşələrinin qorunmasına beş milyon dollar ayırdı

Məşhur aktyor, "Oskar" mükafatı laureatı Leonardo Di Kaprio Amazoniyanın biomüxtəlifliyinin qorunması üzrə fövqəladə fondun yaradılmasının anonsunu verib.

RBK xəbər verir ki, artistin fonda ilk payı beş milyon dollar miqdarında vəsait olub.

Di Kaprio iyulda iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün "Alyans Yer" qeyri-kommersiya təşkilatı yaradıb. Ona bu işdə Loren Pauell-Cobs və milyarder Brayan Şet kömək edib.

Təşkilat indi isə "Amazon Forest" fövqəladə fondunun təsis edildiyini elan edib. Beş milyon dollar həcmində ilk ödəniş Amazoniyanın zərər çəkmiş yerli xalqlarının zəruri resurlarla təmin edilməsinə, eləcə də ən iri tropik meşə massivinin biomüxtəlifliyinin qorunması ilə məşğul olan fondun tərəfdaşlarına dəstək verilməsinə ayrılacaq.

Qeyd edək ki, Amazon meşələri alova bürünüb. Avqustun 15-dən bəri 9,5 mindən çox meşə yanğını baş verib. Yanğın 1,3 min kvadrat kilometr meşəni məhv edib, tüstü üç milyon kvadrat kilometr əraziyə yayılaraq San-Paulu sakinlərinin Günəşi görməsinə mane olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            901 26.08.19 14:30