İsrail ordusu Qəzza sektorunda Fələstinin HƏMAS hərəkatının mövqelərinə zərbə endirib.
“RİA Novosti” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd edilir ki, Hərbi Hava Qüvvələri HƏMAS-ın Qəzza sektorunun şimalındakı hərbi bazasına və batalyonlardan birinin komandirinin ofisinə zərbələr endirib.
Zərbə Qəzza sektorundan atılan raketlərə cavab olaraq endirilib.
Hələlik həlak olanlar və ya xəsarət alanlar barədə məlumat yoxdur.