Adı olmayan yeni və təhlükəli "yay xəstəliyi": hər şey halsızlıqdan başlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Adı olmayan yeni və təhlükəli "yay xəstəliyi": hər şey halsızlıqdan başlayır

Halsızlıq, ürəkbulanma, diareya... Son günlər paytaxtda əhali arasında bu əlamətlərdən şikayətlənənlərin sayı artır.

Median.Az
bildirir ki, Sputnik Azərbaycan həm uşaqlar, həm böyüklər arasında yayılmış bu xəstəliyin səbəbini araşdırıb.

Terapevt Emin Dadaşzadə açıqlamasında bildirib ki, bu əlamətlər hansısa kəskin virus infeksiyasının göstəricisi deyil. E. Dadaşzadə bunun mövsümi müşahidə olunan xəstəlik olduğunu söyləyib. O bildirib ki, hər il yay fəslində buna bənzər əlamətlərlə müraciət edən xəstələrin sayı artır. Səbəb isə isti yay günlərində bakteriyaların aktivləşməsi, orqanizmdə inkişafı üçün əlverişli şəraitin yaranmasıdır: "Sadaladığınız əlamətlərlə hər gün bir neçə xəstə bizə müraciət edir. Buna səbəb hansısa virus infeksiyasının yayılması deyil.

Xəstəlik bakteriyaların orqanizmə daxil olması ilə bağlıdır. Ona görə də insanlar yayda qidalanmalarına daha diqqətli yanaşmalıdırlar. Unutmaq olmaz ki, ən passiv bakteriyalar belə isti havada aktivləşir.

Onların müxtəlif yollarla orqanizmə keçmək riski böyükdür. Bəzən belə bakteriyalar içdiyimiz su, qəbul etdiyimiz qida ilə də orqanizmimizə keçə bilər. Çünki isti yay fəslində bakteriyalar üçün əlverişli mühit yaranır.

İnsanlar qida qəbul edərkən gigiyenik qaydalara əməl etməlidirlər. Əllər qışla müqayisədə isti havada tez-tez sabunla yuyulmalıdır. Meyvə-tərəvəz bol su ilə yuyularaq istifadə edilməlidir. Bununla yanaşı, qəti şəkildə tez xarabolan, vaxtı keçmiş qidalar qəbul etmək olmaz. Çimərlik mövsümü olduğundan bəzən insanlar özləri ilə apardıqları qidanı bir neçə saat isti havada saxlamalı, sonra qəbul etməli olurlar. Bu, qətiyyən yolverilməzdir. Bu zaman bakteriyalar mədə-bağırsaq yolu ilə orqanizmə daxil olaraq zəhərlənməyə səbəb olur".

E.Dadaşzadə isti havalarda fast-fud qidalanmadan qəti şəkildə çəkinməyi tövsiyə edir: "Halsızlıq, ürəkbulanma, diareya zəhərlənmənin əlamətləridir. Törədiciləri isə bakteriyalardır. Ümumiyyətlə, yay fəslində bakteriyaların tez inkişaf etdiyi qidalardan uzaq durmaq məsləhətdir. İsti havalarda insanlar tərəvəz, ağartı məhsullarına üstünlük verməlidirlər. Belə havada ən çox zəhərlənmə halları fast-fudlarla qidalanmadan, köhnə və natəmiz qida qəbul etməkdən yaranır. Bu cür əlamətləri olan xəstələr bəzən ev şəraitində özlərini müalicə edirlər. Halbuki bəzən bakteriyaların orqanizmə düşməsi çox ciddi xəstəliklərə səbəb ola bilər. Mütləq belə xəstələr həkim müayinəsindən keçməli, nəbzləri yoxlanmalı, mədə-bağırsaqları təmizlənməlidir ki, bakteriyalar orqanizmdən xaric olunsun. Əks halda hətta ölüm də qaçılmazdır".

Pediatr Vaqif Qarayev də Sputnik Azərbaycan-a açıqlamasında uşaqlar arasında sözügedən əlamətlərlə müşahidə olunan xəstəliyə rast gəlindiyini söyləyir. Həmsöhbətimiz deyir ki, yay fəslində mütləq bu mövsümə xas xəstəliklər baş qaldırır: "Demək olmaz ki, bu, hansısa kəskin virus infeksiyasıdır. Amma uşaqlar arasında müşahidə olunur, bu əlamətlərlə bizə də müraciətlər var.

Bakteriyanın yayılması epidemiya həddində olmasa da, yay aylarında bu cür əlamətlərlə müraciət edənlər daha çox olur. Buna da səbəb bakteriyanın qida ilə ilə mədə-bağırsaq yoluna düşməsidir. Ona görə də biz valideynlərə tövsiyə edirik ki, isti havalarda soyuducuda saxlanılan yeməkləri də uşaqlara verməsinlər.

Bundan əlavə, uşaqlara çips, qazlı və rəngli sular, tam bişməmiş qidalar verilməsin. Eyni zamanda uşaqların gigiyenik təmizliyinə xüsusi diqqət yetirilməlidir. Əllərin isti havada tez-tez yuyulması şərtdir ki, uşaqlar bu cür bakteriyalara yaxalanmasınlar. Nəzərə almaq lazımdır ki, bakteriyalar hər yerdə var və onlar isti havada daha təhlükəlidir".

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əhali arasında kəskin infeksiya xəstəliyi müşahidə olunmur. Onun sözlərinə görə, hava-damcı infeksiyasına əhali arasında rast gəlinmir. A. Əliyeva müraciətlərin sayında artım olmadığını söyləyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 317 24.08.19 19:45