Fransada cərrah 30 il ərzində 250 uşağı zorlayıb - Qalmaqal » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Fransada cərrah 30 il ərzində 250 uşağı zorlayıb - Qalmaqal

Fransada 66 yaşlı cərrah 250 uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilir. Cərrah Fransa dövlətinin tarixində ən biabırçı pedofil adlandırılıb.

"The Times" bildirir ki, müstəntiqlərin fikrinə əsasən, Coel Le Skuarnek 30 il ərzində azyaşlıları zorlayıb. Xəsarət alanlar cərrahın pasientləri olublar. Qeyd edilir ki, bəzi hallarda uşaqlar narkoz altında olanda cərrah çirkin əməllərini həyata keçirib.

İlk dəfə Coel 14 il əvvəl bu əməlinə görə mühakimə edilib. O, uşaqlara qarşı seksual zorakılıq əks edilən fotolar saxladığı üçün hakim qarşısında cavab verib. Buna baxmayaraq, ona həkim kimi fəaliyyət göstərməyə icazə veriblər.

2017-ci ildə cərrah həbs edilib və ona qarşı pedofiliya ittihamı irəli sürülüb. Hazırda onun yeni cinayət əməlləri üzə çıxır. Cərrah isə iddiaları rədd edir.

İstintaq zamanı polis əməkdaşları pedofil-həkimin gündəliyini tapıblar. Gündəlikdə o, seksual xarakterli hərəkətlərinin detallarını qeyd edib. Yazılarda 250 azyaşlının adı keçir. Hazırda polis gündəlikdə adı keçən azyaşlıların valideynlərini dindirir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 695 24.08.19 14:08