İsveçrə şirkətləri Azərbaycana gəlir - SƏBƏB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

İsveçrə şirkətləri Azərbaycana gəlir - SƏBƏB

24-28 avqust tarixlərində İsveçrə şirkətləri Azərbaycanda səfərdə olacaq.

Azərbaycanın İsveçrədəki səfirliyindən Trend-ə verilən məlumata görə, bu ölkənin fındıq idxalı üzrə fəaliyyət göstərən şirkətləri çoxsaylı görüşlər keçirəcək.

Səfər zamanı İsveçrə şirkətləri azərbaycanlı tərəfdaşları ilə Azərbaycandan İsveçrəyə fındıq idxalı imkanlarını müzakirə edəcəklər. Nümayəndə heyətinin səfəri Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfirliyi və Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə həyata keçiriləcək.

Dünyanın qabaqcıl şokolad istehsalçılarından biri olan İsveçrə, əsasən şokolad istehsalında istifadə etmək üçün illik 20 min tona yaxın fındıq idxalı həyata keçirir. Qeyd edək ki, 25-29 iyun 2018-ci il tarixində İsveçrəyə təşkil olunan Azərbaycanın fındıq istehsalı ilə məşğul olan 14 şirkətin nümayəndələrindən ibarət ixrac missiyası çərçivəsində İsveçrənin aparıcı şirkətləri ilə görüşlər təşkil olunmuşdu. Keçirilmiş görüşlərdə Azərbaycandan fındıq alımına ciddi maraq göstərilib, İsveçrə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılıq əldə olunub. 2018-ci ildən etibarən Azərbaycan şirkətləri İsveçrəyə fındıq ixracına başlayıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 241 23.08.19 20:27