Nərgiz öz superhitlərini daha oxumayacaq » Median.Az News Agency


Nərgiz öz superhitlərini daha oxumayacaq
Rusiyalı müğənni Nərgiz Zakirovaya Maksim Fadeyevin yazdığı mahnıların ifasına rəsmi qadağa qoyulub.

“Starhit”ə verdiyi müsahibəsində Nərgiz yeni qastrol səfərində səslənəcək mahnılardan danışıb:

““Sən mənim incəliyim”, “İkimiz birlikdə” və Maks Fadeyevin bəstələdiyi digər hitləri daha ifa etməyəcəm, çunki buna artıq rəsmi qadağa qoyulub. Mənim və həmkarlarımın yazdıqları mahnılar səslənəcək”.

Qeyd edək ki, avqustun əvvəlində M.Fadeyevin “MALFA” prodüsser mərkəzi Nərgiz Zakirova ilə müqaviləsinə xitam verib.

скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          880 23.08.19 11:50