"VAZ 2107" aşdı - 84 yaşlı sərnişin ağır xəsarət aldı » Median.Az - Bütün xəbərlər bir ünvanda


"VAZ 2107" aşdı - 84 yaşlı sərnişin ağır xəsarət aldı
Ağstafa rayonunda sürücü avtomobilini aşırıb.

Median.Az-
ın Baku.ws-ə istinadən verdiyi məlumata əsasən hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Sürücü idarə etdiyi "VAZ 2107" markalı avtomobili aşırması nəticəsində avtomobildə olan 84 yaşlı sərnişin ağır xəsarət alıb.

Yaralı Ağstafa rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu deyilir.

Hadisənin təfərrüatları araşdırılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          429 22.08.19 22:32