İyulda dəmir yolu ilə daşınan sərnişinlərin STATİSTİKASI » Median.Az News Agency


İyulda dəmir yolu ilə daşınan sərnişinlərin STATİSTİKASI
Bu ilin iyul ayı ərzində dəmir yolları vasitəsi ilə ümumilikdə 270 min sərnişin daşınıb.

Median.Az
-ın məlumatına görə, bu barədə Baku.ws-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat veriblər. Qeyd olunur ki, sərnişin sıxlığı ən çox qərb istiqamətində müşahidə olunub:

"2019-cu ilin yanvar-iyul ayları ərzində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 1 milyon 896,2 min nəfər sərnişin daşınıb ki, bu rəqəm 2018-ci ilin müvafiq dövrünə nisbətən (1 milyon 545,5 min nəfər) 350,7 min nəfər sərnişin və ya 22,7% çox təşkil edib.

Bu ilin iyul ayı ərzində isə dəmir yolu ilə yerli istiqamətdə 77523, beynəlxalq istiqamətdə 15847, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı ilə 19226 və Bakı-Sumqayıt-Bakı elektrik qatarı ilə 157427 nəfər sərnişin daşınıb".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          525 22.08.19 20:25