İsrail İrana bağlı qruplaşmanı vurdu, Əbu Mehdi Mühəndis ABŞ-ı hədələdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

İsrail İrana bağlı qruplaşmanı vurdu, Əbu Mehdi Mühəndis ABŞ-ı hədələdi

İraqda İrana bağlı şiə silahlı qruplaşması "Haşdi Şabi"nin bazalarına İsrail Hərbi Hava Qüvvələri tərəfindən endirildiyi təxmin edilən zərbələrdən sonra qruplaşmanın liderlərindən Əbu Mehdi Mühəndis o cümlədən ABŞ-ı günahlandıran yazılı bəyanatla çıxış edib.

Median.Az
Virtualaz.org-a istinadən xəbər verir ki, Əbu Mehdi Mühəndis "Haşdi Şabi" qruplaşmasının bazalarına hava zərbələrinin endirlməsində İsrailə aid pilotsuz təyyarələrdən istifadə olunduğunu bildirib. Mühəndis iddia edib ki, həmin pilotsuz təyyarələrin haradan qalxdığına, uçuşlarına və apardığı əməliyyatlara dair bütün məlumatlar əlindədir.


Xəbər verildiyi kimi sonuncu dəfə "Haşdi Şabi"nin Bağdad və Səlahiddin bölgəsi arasında, İraq HHQ-nin hərbi hissəsinin ərazisində yerləşən sursat anbarlarına və bazasına naməlum təyyarələr tərəfindən raket zərbələri endirilib. Nəticədə anbarda saxlanılan və İrandan göndərilən çoxsaylı raketlər partlayıb, qruplaşma üzvləri və İranın İnqilab Keşikçiləri Korpusunun təlimatçıları arasında ölənlərin olduğu bildirilir.

Həmin zərbələrin İsrail tərəfindən F-35 qırıcıları və zərbə pilotsuz təyyarəsi tərəfindən endirildiyi təxmin edilir. Bundan əvvəl də İraqdakı iranyönümlü qruplaşmaların bazalarına hava hücumları olmuşdu və həmin hücumları İsrailin həyata keçirdiyi ehtimal olunur. İsrail baş naziri Benyamin Netanyahu ötən gün Bağdad ətrafındakı partlayışlarda onun ölkəsinin əlinin olduğunu inkar etməyib. Bildirib ki, İran heç yerdə toxunulmaz deyil və İsrail lazım olan anda istənilən məkanda İrandan qaynaqlanan təhdidin qarşısını alacaq.

Əbu Mehdi Mühəndisin adından yayılmış sərt bəyanatda göstərilir ki, "Şahdi Şabi" qruplaşması onun bazalarına endirilmiş zərbələrə görə qisas alacaq.


"Dünənki hücum (avqustun 20-i nəzərdə tutulur,-red.) İsrail pilotsuz təyyarələri və İsrailin İraqda əməliyyat keçirməsinə imkan yaradan Birləşmiş Ştatlar tərəfindən həyata keçirilib. Biz bazalarımıza qarşı hücumlara ən müasir silahlar da tətbiq etməklə cavab verəcəyik",-Əbu Mehdi Mühəndis bildirib.

Mühəndisin iddia etdiyinə görə hücumlar zamanı amerikalılar bütün digər təyyarələrin, o cümlədən İraq Hərbi Hava Qüvvələrinin təyyarələrinin elektron sistemlərini boğur.

"İraqın düşmənləri "Haşdi Şabi" qüvvələrini müxtəlif yollarla hədəf almağa çalışırlar. İraqa və bölgəyə terror qruplarını gətirən ABŞ İraqın suverenliyini pozmaqda davam edir və "Haşdi Şabi"ni vurmaq üçün bütün yollara əl atır. Habelə İraq hava sahəsində ABŞ təyyarələrinin uçuş saatları, haradan qalxıb hara endikləri haqda məlumatlar əlimizdədir. Həmin təyyarələr İŞİD-i təqib etmək əvəzinə bizi izləyir",-bəyanatda deyilir.


"Haşdi Şabi" İraqda İŞİD-ə qarşı döyüşən güclü şiə qruplaşmasıdır. Bu qruplaşma İŞİD-in paytaxt Bağdada doğru irəliləməsinin və şəhəri ələ keçirməsinin qarşısını alan əsas qüvvə sayılır. Və İraqda o cümlədən hökumət üzərində böyük təsir imkanlarına malikdir. Mühəndis özü isə vaxtilə İraqda ABŞ ordusuna qarşı döyüşüb. Onun bəyanatının İraq təhlükəsizlik qüvvələri ilə razılaşdırılmadığı bildirilir. Bu da qruplaşmanın İraqda hansı gücə malik olduğunu göstərir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 061 22.08.19 19:47