Şamaxıda baş verən yanğın söndürüldü - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda


Şamaxıda baş verən yanğın söndürüldü - YENİLƏNİB
Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən saat 17:10-da söndürülüb.

Bu barədə Lent.az -a FHN-nin mətbuat xidmətindən bildirilib.

***

Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, avqustun 22-də nazirliyin "112" qaynar telefon xəttinə Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 64 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          925 22.08.19 20:15