Xətai rayonunda 8 avtomobili qarət edən şəxs saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Xətai rayonunda 8 avtomobili qarət edən şəxs saxlanılıb

Median.Az
xəbər verir ki, Xətai RPİ 34, 35 və 36-cı polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 19-da rayon ərazisində 2 avtomobildən 2800 manat pul, 2 ədəd mobil telefon və sənəd oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cəlilov saxlanılıb.

Araşdırma zamanı onun, rayon ərazisindəki daha 6 avtomobildən pul, sənəd, videoqeydiyyat qurğusu, akkumulyator və kosmetik əşyalar oğurlaması məlum olub.

Xətai RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          736 22.08.19 15:50