Millimizin sabiq baş məşqçisi xəstəxanada vəfat edib » Median.Az - Bütün xəbərlər bir ünvanda


Millimizin sabiq baş məşqçisi xəstəxanada vəfat edib
Futzal millimizin sabiq braziliyalı baş məşqçisi Milton Luiz Ziler Junior vəfat edib.

Braziliyanın "Globo Esporte" saytı xəbər verir ki, Miltinyo kimi tanınan məşqçi ötən həftə insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilib.

Lakin 57 yaşlı mütəxəssis çərşənbə günü xəstəxanada ölüb.

Qeyd edək ki, Miltinyo 2016-cı ilin mayında yığmamıza baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında futzal millimiz Kolumbiyada keçirilən dünya çempionatında ilk dəfə mübarizə aparıb. Komandamız həmin mundialda uğurla çıxış edərək 1/4 finaladək irəliləyib.

2017-ci ilin yanvarında Miltinyo ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsini xahiş etmişdi.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 099 22.08.19 14:27