İsmayıllıda üç uşaq anası övladının birini götürərək evdən qaçıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


İsmayıllıda üç uşaq anası övladının birini götürərək evdən qaçıb
İsmayıllıda üç uşaq anası itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, 1989-cu il təvəllüdlü İsmayıllı rayonu Qalınçaq kənd sakini, üç uşaq anası Pərvanə Bədəlova iyulun 28-də gecə saatlarında dörd yaşlı övladını da özü ilə götürərək yaşadığı ünvandan naməlum istiqamətdə gedib.

P.Bədəlovanın boyu 160 sm, gözlərinin rəngi qaradır. Onu tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" xidmətinə, həmçinin, İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 656-99-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 274 22.08.19 11:32