Qubadakı ağır qəzada ölən və yaralananların - ADLARI » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |    

Qubadakı ağır qəzada ölən və yaralananların - ADLARI

Quba-Nügədi yolunun Rustov kəndi ərazisindən keçən hissəsində baş vermiş qəzada ölən və yaralananların adları bəlli olub.

Kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyev avtomobillə vurulub.

Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov azyaşlını, valideynlərini və nənəsini öz avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına apararkən avtomobili ağaca çırpılıb.

Nəticədə, üç uşaq atası olan sürücü Emin Əzizov hadisə yerində, dörd yaşlı uşaq isə xəstəxanaya çatdırılan kimi ölüb.

Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, qəzada yaralanan üç nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib:

"31 yaşlı Sevil Orucəliyeva, həyat yoldaşı, 34 yaşlı Yaşar Kərimov, qayınanası 59 yaşlı Leysan Kərimova Quba Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Baş həkimin bildirdiyinə görə, vəziyyətləri orta ağırdır".
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 555 22.08.19 11:30