Ali Məhkəmə 5 nəfərin ölümündə ittiham olunan sürücü ilə bağlı qərar verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Ali Məhkəmə 5 nəfərin ölümündə ittiham olunan sürücü ilə bağlı qərar verdi

Ali Məhkəmədə 5 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən qəzanı törədən Eldar Aslanovun barəsində məhkəmə qərarından prokuror tərəfindən verilən kassasiya protestinə baxılıb.

Vəkil Əli Hüseynovun verdiyi xəbərə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest təmin edilməyib və E.Aslanovun barəsində çıxarılan bəraət qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

İttiham aktına əsasən, 2016-cı il sentyabrın 10-da Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil rayonun Parakənd qəsəbə sakini E.Aslanovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Yol-nəqliyyat hadisəsi zamanı "VAZ-2106" markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyev, sürücünün həyat yoldaşı Əzizə Quliyeva, Boladi kənd sakinləri Bahar Bağırova və Nazilə Seyfullayeva dünyasını dəyişiblər.

"Mercedes"in sürücüsü E.Aslanov, eləcə də Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli, Elvin Mirzəzadə və rayonun Boladi kənd sakini Reyhan Mahmudova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan biri - R.Mahmudova həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

İstintaq araşdırması zamanı yol-nəqliyyat hadisəsinin törədilməsində sürücü E.Aslanov təqsirli bilinərək həbs edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi isə onun apellyasiya şikayətini təmin edib və bəraət hökmü çıxarıb. Məhkəmə E.Aslanovun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            860 21.08.19 19:16