Cənub bölgəsindəki meşə yanğınlarında insan faktoru istisna edilmir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Cənub bölgəsindəki meşə yanğınlarında insan faktoru istisna edilmir

Təəssüf ki, insanlar təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və yarana biləcək fəsadları nəzərə almırlar. Fikirləşmirlər ki, məsuliyyətsiz davranış nəticəsində hektarlarla meşə örtüyü məhv olur.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin direktoru Ağaqardaş Qaraşov Lənkəran və Lerik rayonlarında meşəlik ərazidəki yanğından danışarkən bildirib.

A.Qaraşov deyib ki, hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəlada Hallar nazirliklərinin əməkdaşları, FHN-in Aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi də yanğının söndürülməsində iştirak edirlər. Yanğının söndürülməsində mümkün olan bütün vasitələrdən istifadə olunur.

Nazirlik rəsmisi əlavə edib ki, artıq yanğının yayılmasının qarşısı alınıb və yaxın zamanlarda yanğının söndürülməsinə nail olunacaq:

"Yanğın ümumilikdə 10 hektar sahənin daxilində talalar şəklində 5 hektar əraziyə yayılıb. Səbəbinə gəldikdə isə yenə də insan faktorunun üzərində dayanırıq və əhaliyə bir daha müraciət edirik ki, təbiət qoynunda olarkən odla ehtiyatlı davransınlar, meşə sahələrinə, qoruqlara, milli parkların ərazilərinə daxil olarkən yanğına səbəb olacaq hərəkətlərdən çəkinsinlər.

Milli parklar, qoruqlar və meşə sahələri ilə sərhəddə yerləşən kənd sakinlərindən də xahiş edirik ki, belə hallara rast gəldikdə dərhal meşə mühafizə işçilərinə xəbər versinlər və onlar özləri də imkan daxilində bu yanğınların tez bir zamanda söndürülməsində iştirak etsinlər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 685 21.08.19 15:14