FHN Hirkandakı yanğına görə amfibiya təyyarəsini havaya qaldırdı - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

FHN Hirkandakı yanğına görə amfibiya təyyarəsini havaya qaldırdı - FOTO/VİDEO

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi cəlb olunub.


Bu barədə FHN-dən məlumat verilib.

Bundan başqa, nazirliyin Aviasiya dəstəsinin iki helikopteri də yanğının söndürülməsində iştirak edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən isə Oxu.Az-a bildirilib ki, yanğının ətrafa yayılmasının qarşısı alınıb. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində tüstülənmə müşahidə olunur.

Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər. Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, avqustun 20-si saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Mürəkkəb relyefli dağlıq ərazidə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin təyyarə və helikopterləri ilə yanaşı, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb ediliblər.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 321 21.08.19 12:47