Niderlandda niqab qadağası ilk dəfə tətbiq olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

Niderlandda niqab qadağası ilk dəfə tətbiq olundu

Niderlandda sürücü niqablı qadına avtobusa minməyə icazə verməyib.

"De Telegraaf" qəzetinin yazdığına görə, "Arriva" nəqliyyat şirkəti də belə bir hadisənin baş verdiyini təsdiqləyib.

İnsident avqustun 19-da Limburq vilayətinin Steyn bələdiyyəsində yaşanıb. Sərnişin qadınlardan birinin üzü bağlı olduğundan, sürücü avtobusu sürməkdən imtina edib. Öz növbəsində qadın nə üzünü açıb, nə də avtobusdan düşməyə razı olub. Polis işə qarışıb və qadın nəqliyyat vasitəsindən zorla uzaqlaşdırılıb.

Bu, Niderlandda niqaba qadağanın tətbiq edildiyi ilk hadisədir. Xatırladaq ki, bununla bağlı rəsmi qadağa avqustun 1-dən qüvvəyə minib. Qadağaya əməl etməyənlər 150 avro məbləğində cərimə olunacaqlar.

Avropada üz bağlamağı qadağan edən ilk ölkə Fransadır. Bunun ardınca Avstriya, Belçika, Bolqarıstan və Danimarkada da niqaba qarşı bənzər qanun qəbul edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 215 20.08.19 21:42