Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir

Yetkinlik yaşına çatmayan valideynlər uşaqlarla birgə yaşamaq və onların tərbiyəsi ilə məşğul olmaq hüququna malikdirlər.

Bu məsələ Ailə Məcəlləsinin 57-ci maddəsində öz əksini tapıb.

Amma Azərbaycanda yetkinlik yaşına çatmayan valideynlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur.

Azərbaycanda erkən nikahlarda ən yüksək hədd 2011-ci ildə qeydə alınıb. Həmin il 18 yaşadək qızlar arasında nikaha daxil olanların sayı 5138 olub. 2017-ci ildə isə erkən nikaha daxil olan qızların sayı 317 nəfər təşkil edib. Yəni altı il ərzində fərq 4821-ə enib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova Oxu.Az-a deyib ki, yeniyetmə valideynlərin dəqiq statistikası yoxdur.

A.Veysəlova qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, nikah yaşı üzrlü səbəblərdən bir yaş endirilə bilər, bu zaman isə həmin şəxs rəsmi qeydiyyata düşür:

"Ancaq yetkinlik yaşına çatmayan valideynlərin statistikası aparılmır. Onlar nikah yaşına çatanda qeydiyyata düşürlər".

Komitə nümayəndəsi deyib ki, hazırda 15-17 yaşlı yeniyetmə gəlinlər tərəfindən doğulan uşaqların sayında da ciddi azalma var. Belə ki, 2011-ci ildə 15-17 yaşlı gəlinlər tərəfindən 4392 uşaq doğulmuşdusa, 2018-ci ildə bu rəqəm 2421 olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 514 20.08.19 17:26