Məhkəmə Atambayevin həbs müddətini artırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |    

Məhkəmə Atambayevin həbs müddətini artırdı

Bişkekin Bir may rayon məhkəməsi Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin 26 oktyabra qədər həbsdə saxlanılması haqqında qərar çıxarıb.

Bu barədə sabiq dövlət başçısının vəkili Sergey Slesarev qapalı iclasın nəticələrinə əsasən "RİA Novosti"yə danışıb.

Onun sözlərinə görə, bu qərar qanunsuzdur və yuxarı instansiyalara şikayət olunacaq.

Məhkəmə iclası Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin binasında keçirilib.

Daha əvvəl, 8 avqustda paytaxtın Bir may rayon məhkəməsi keçmiş dövlət başçısını 26 avqustadək istintaq təcridxanasına göndərmişdi. Bir həftə sonra yuxarı instansiya - Bişkek şəhər Məhkəməsi bu qərarı qüvvədə saxlamışdı.

A.Atambayev qətl və digər ağır cinayətlərin təşkilində ittiham olunur. Həmçinin keçmiş dövlət başçısı kütləvi qarşıdurmaların təşkilində, girov götürməkdə və hökumət nümayəndəsinə qarşı zorakılıqda təqsirli bilinir. Onu ömürlük həbs cəzası gözləyir.

Xatırladaq ki, Qırğızıstanın xüsusi təyinatlı bölmələri avqustun 7-də A.Atambayevin saxlanılması üzrə əməliyyata başlayıb. Əməliyyat eks-prezidentin Koy-Taşdakı iqamətgahında aparılıb. Hücum zamanı 136 nəfər xəsarət alıb, bir xüsusi təyinatlı həyatını itirib, 14 nəfər xəsarət alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 986 20.08.19 13:09