Baloğlan Əşrəfov efirdən uzaqlaşdırılan şərhçiyə görə Rövşən Məmmədova müraciət etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Baloğlan Əşrəfov efirdən uzaqlaşdırılan şərhçiyə görə Rövşən Məmmədova müraciət etdi

Tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfov "İdman Azərbaycan" kanalının şərhçisi İsmayıl Abdullayevin bir müddətlik efirdən uzaqlaşdırılması ilə bağlı AZTV-nin sədr əvəzi Rövşən Məmmədova müraciət edib:

Median.Az
-ın məlumatına görə, B.Əşrəfov "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində qeyd edib ki, İ.Abdullayev onun ən sevdiyi şərhçidir:

"Azərbaycanda xeyli futbol şərhçisi var ki, mən onların içində yek İsmayılı görürəm. İsmayıl ən zəif oyunu da maraqlı şərh edir, adama elə gəlir ki, sürətli oyun gedir. Bəzi şərhçilər ən sürətli oyunu da maraqsız aparırlar. Bildiyimə görə onu irqçilikdə ittiham edirlər. Rusiyanın məşhur şərhçisi Nikolay Ozerov ağzından elə söz qaçırıb ki, kimsə buna görə onu ittiham etməyib. Belə gözəl kadrı, şərhçini sevdiyi işdən uzaqlaşdırmaq məgər çox böyük qəhrəmanlıqdır? Onsuz da futbolumuz ləngdir, zəifdir. Belə şərhçiləri uzaqlaşdırmağın nə mənası var?. Mən cənubluyam, İsmayılın heç hansı regiondan olduğunu da bilmirəm. Sadəcə, İsmayıl şərhçiliyi ilə mənim futbola olan marağımı bir az da artıb".

Qeyd edək ki, “İdman Azərbaycan” telekanalı vasitəsiylə canlı yayımlanan “Mançester Yunayted” - “Çelsi” matçı zamanı irqçiliyə yol verdiyinə görə İ.Abdullayrb bir ay müddətinə efirdən uzaqlaşdırılıb. O, bu barədə sosial şəbəkədə yazıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 367 19.08.19 20:32