Həyat yoldaşı və qayınatasını bıçaqladı — Boşatdırmaq istəyirmişlər » Median.Az News Agency


Həyat yoldaşı və qayınatasını bıçaqladı — Boşatdırmaq istəyirmişlər
Median.Az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Mahmudovun icraatında verilib.

Qeyd edək ki, hadisə rayonun Mirzəxan kəndində baş verib.

Rəhman Quliyev Bakıda qeydiyyatda olsa da, Mirzəxan kəndində həyat yoldaşının adına ev alıb, həmin kənddə yaşayıblar. Son 3-4 ayda ailələrində problem yaranıb.
Buna görə də qızın ailəsi onu boşatdırmaq niyyətində olub. Bununla barışmaq istəməyən Rəhman Quliyev qayınatasının həyətinə daxil olaraq onu bıçaqlayıb, həyat yoldaşına isə yüngül xəsarət yetirib.

Ona Cinayət Məcəlləsinin 126.2.3 (Xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham verilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          419 19.08.19 20:11