Baş İdarə: Ağacın arxasında gizlənən YPX əməkdaşları cəzalandırıla bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Baş İdarə: Ağacın arxasında gizlənən YPX əməkdaşları cəzalandırıla bilər

Sosial şəbəkələrdə magistral yollarda Yol Patrul Xidməti (YPX) əməkdaşlarının sürücülərin onları görmədiyi ərazilərdə dayanması paylaşımlar edilir. Bəs qanunla yol polisinin bu şəkildə xidmət göstərməsinə icazə verilirmi?

Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev oxu.az-a açıqlamasında sözügedən vəziyyətin müşahidə edilmədiyini bildirib:

"Dövlət Yol Polisi əməkdaşlarının işi hərəkət iştirakçılarının normal, təhlükəsiz hərəkətini təşkil etməkdir. Sözügedən məqamlar nə Bakı-Sumqayıt yolunda, nə də digər avtomobil yollarında müşahidə edilib. Bildiyiniz kimi, stasionar postlar mövcuddur. Yol polisi əməkdaşları fasiləsiz olaraq bu postlarda xidmət aparırlar. Qayda pozan sürücülər də aidiyyəti üzrə saxlanılaraq inzibati məsuliyyətə cəlb olunurlar".

O qeyd edib ki, əgər yol hərəkəti iştirakçısı yol polisi əməkdaşlarının hər hansı qanun pozuntusuna yol verdiyini müşahidə edirsə, “902 - qaynar xətt"inə müraciət edə bilər:

"Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu məsələlər daim nəzarətdə saxlanılır. Daxil olan şikayətlər isə aidiyyəti üzrə araşdırılır, hüquqi qiymət verilir. Əgər yol polisi əməkdaşı xidməti vəzifəsini, dediyiniz kimi, ağacların, reklam lövhələrinin arxasında dayanaraq yerinə yetirərsə, cəzalandırıla bilər".

Xatırladaq ki, "Yol-patrul xidməti haqqında Təlimat"ın 4.3-cü bəndinə əsasən, patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneənin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 048 19.08.19 16:43