DİQQƏT: Bu yerlərdə saxta məktəbli formaları satılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO  |     13:56 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib  |     13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |    

DİQQƏT: Bu yerlərdə saxta məktəbli formaları satılır

Sağlamlıq üçün təhlükəli olan saxta məktəbli formaları 8-ci Kilometr bazarında, "Xalqlar Dostluğu" yarmarkasında, "Sədərək" və "Binə" ticarət mərkəzlərində satılır.

Bu barədə oxu.az-a "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin direktoru Etibar Əzimov məlumat verib.

Onun sözlərinə görə, saxta məktəbli formaları 35 manata satılır:

"Hələ ki işbazlar saxta məktəbli formalarını ürəklə satışa çıxara bilmirlər. Amma ehtiyac yarandığı zaman bütün saxta formaları üzə çıxaracaqlar".

E.Əzizov qeyd edib ki, həmin saxta formalar Bakı Tikiş Evindən götürülən iki nümunə əsasında hazırlanır:

"Həmin formalar müxtəlif zirzəmilərdə tikilib işbazlara satılır. Sonra da bizim tikiş evinin adı, loqosu, hətta düyməsi belə formalara vurulub bazara çıxarılır. İşbazların satdığı formaların qiyməti 35 manatdır, bizim istehsal etdiyimiz formalar isə 40 manata satılır. Valideynlər saxta formanı ucuz olduğu üçün alırlar. Amma sonradan formanın rənginin bozardığı, tiftikləndiyi və görünüşünün pis hala düşdüyü məlum olur".

Şöbə direktoru əlavə edib ki, saxta məktəbli formaları müxtəlif fəsadlara səbəb olur:

"Çox vaxt saxta formalar nəticəsində uşaqlarda səpki və allergiya halları müşahidə olunur. Uşaqlar xəstəliyə tutulandan sonra isə valideynlər Bakı Tikiş Evinin formalarını alırlar.

Eyni zamanda, işbazlar valideynlərə bizim guya keyfiyyətli forma tikmədiyimizi deyir. Bununla da bizə iqtisadi ziyan vururlar. Valideynlər formanın üzərində "Bakı Tikiş Evi"nin adının yazıldığını görüb onun bizə məxsus olduğunu düşünür, saxta olduğunu bilmirlər. Valideynlərdən xahiş edirik ki, diqqətli olsunlar, saxta formalar almasınlar".

E.Əzimov vurğulayıb ki, hələlik saxta məktəbli formaları 8-ci Kilometr bazarında, "Xalqlar Dostluğu" yarmarkasında, "Sədərək" və "Binə" ticarət mərkəzlərində satışa çıxarılıb:

"Amma dərs mövsümünə az qalmış, tələbatın çoxluğundan asılı olaraq satış yerlərinin sayı arta bilər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 648 19.08.19 16:31