Müğənni Mətanət falçı ilə görüntülərindən danışdı - VİDEO » Median.Az News Agency


Müğənni Mətanət falçı ilə görüntülərindən danışdı - VİDEO
Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi tanınan Molla Məmmədsəfanın yanında olub.

Baku.ws-in əldə etdiyi görüntülərdə Məmmədsəfa döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədova isə onun ayaq hissəsində bardaş quraraq oturub.

Sosial şəbəkələrdə səs-küyə və müzakirələrə yol açan bu görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı oxu.az-ın əməkdaşı M.Əsədova ilə əlaqə yaradıb. Müğənni yayılan görüntülərə bu cür şərh verib:

"Bu mənim şəxsi həyatım və şəxsi işlərimdir. Heç kimə dəxli yoxdur. Özüm bilərəm. Bu barədə bir də danışmaq istəmirəm".


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 899 19.08.19 14:20