Metroda həyəcanlı anlar: Anasından şiddət görən qız polisə sığındı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Metroda həyəcanlı anlar: Anasından şiddət görən qız polisə sığındı
Səhər saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında qız uşağı ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını deyib.

Uşaq üçüncü sinifdə oxuduğunu, Masallı rayonundan olduqlarını, hazırda isə Bakıxanov qəsəbəsində qaldıqlarını bildirib.

Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli faktı təsdiqləyib.

Onun sözlərinə görə, polis hazırda həmin azyaşlının valideynlərini axtarır:

"9-11 yaşlarında olan qız polislərə yaxınlaşaraq evdən qaçdığını deyib. O, iddia edir ki, ailəsi rayondan Bakıya yeni köçüb. Qız Bakıda yaşamaq istəmədiyi üçün evdən qaçıb.

Hazırda polis əməkdaşları onun valideynləri ilə əlaqə yaratmağa çalışır".скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 212 19.08.19 12:34